Sabiq deputatlar 2 aydır maaş almır — Spiker məzuniyyətdədir

Sabiq deputatlar 2 aydır maaş almır   — Spiker məzuniyyətdədir

Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.

Aktual.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.

Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.

Məlumatı sabiq deputatların bir neçəsi musavat.com-a təsdiqləyib.

Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.

Aktual.az

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR