Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq prezidenti Cahangir Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılmasının vaxtı müəyyən edilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, C.Hacıyevin vəkilinin verdiyi məlumata görə, apelyasiya şikayətinə dekabrın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacağı bildirilir.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs edilib.
Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.