Sabah bu ərazilərdə qaz olmayacaq -SİYAHI

Sabah bu ərazilərdə  qaz olmayacaq  -SİYAHI

Abşeron, Hacıqabul və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Aktual.az SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 9-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Türkan-1", "Türkan-2", "Novxanı" və "Mərdəkan bağları", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Muğan", Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR