Rövnəq Abdullayev Gürcüstana veriləcək qazın həcmini açıqladı

Rövnəq Abdullayev Gürcüstana veriləcək qazın həcmini açıqladı

“Bununla da problem həll olunur”.

Dünən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında imzalanan müqavilələrdən sonra Gürcüstana ümumilikdə ildə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ildə 1,5 mlrd. kubmetr həcmində SOCAR-ın hasil etdiyi qaz Hacıqabul-Qazax-Qardabani boru kəməri ilə, 1,5 mlrd. kubmetr isə “Şahdəniz” yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana nəql olunacaq.

“Yəqin ki, bununla da gələcək 10 ildə Gürcüstanın əlavə qaz tələbatı olmayacaq. Bununla da problem həll olunur”.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR