Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü – FOTO

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü – FOTO
  • İDMAN

Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.


"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayevarasında baş tutan görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. 

FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR