İtaliyanın Venedik şəhərində keçən həftə baş verən korrupsiya qalmaqalında iş adamlarının, siyasətçilərə verdikləri rüşvəti rahat yox edə bilmələri üçün yeyilən kağızlara yazdıqları aşkar edilib.
Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Venedikdə su səvviyyəsinin getdikcə yüksəlməsi ilə bağlı hazırlanan "Musa" layihəsində korrupsiya elementlərinə görə yüzlərlə adam istintaqa cəlb olunub, keçən çərşənbə günü isə Venesiya Bələdiyyə Başçısı Giorgio Orsoni də daxil olmaqla, 35 adam həbs edilib.
Araşdırma ilə əlaqədar, İtaliya mətbuatında verilən xəbərlərə görə, həbslər, telefon dinləmələrinə əsasən aparılıb. “Musa” layihəsində məsul şəxslə məsləhətçinin telefon danışıqları dinlənilib və tutulma ehtimalı olarsa, əvvəlcədən siyasətçilərə verilən rüşvətin yeyilə bilən kağızlara yazılmasının planlaşdırıldığı aşkar edilib. Venedikdəki rüşvət qalmaqalı zamanı gələn il Milanda keçiriləcək “Expo- 2015” layihəsindən də sui-istifadə edildiyi məlum olub.
Venedik olayları İtaliyanın baş naziri Matteo Renzini də əsəbiləşdirib. Renzi: "Siyasətçilərin korrupsiya etməsi vətənə xəyanətdir"- deyib.
Hökumət, korrupsiyaya qarşı yeni hüquqi tədbirlər görməyi planlaşdırır.
Emilia/Aktual.az
Xəbər 645 dəfə oxunub.