Rusları acizliklə izlədik, vurmaq qadağan idi - Draqo

Rusları acizliklə izlədik, vurmaq qadağan idi - Draqo

Xarkov vilayətində yeni hücumun ilkin mərhələsində ruslar tamamilə yeni taktikalardan istifadə etdilər ki, bu da döyüşün ilk günlərində onların uğur qazanmasının səbəblərindən biri oldu.
Aktual.az xəbər verir ki, bu barədə "Tayms” qəzetinə Ukraynanın "Kraken” xüsusi təyinatlı bölməsinin "Draqo” ləqəbli döyüşçüsü danışıb.
Draqonun sözlərinə görə, o, silahdaşları ilə bir neçə həftə ərzində sərhədin o tayında rus qoşunlarının cəmləşməsini sadəcə izləməyə məcbur olub. Belə ki, donor ölkələr tərəfindən Qərb silahlarının Rusiya ərazisində tətbiqinə qadağa qoyulduğuna görə ukraynalıların sadəcə olaraq qabaqlayıcı zərbə endirmək imkanı olmayıb.
"Orada çoxlu ruslar toplanmışdı və biz onları yolda məhv edə bilərdik, lakin bizdə az sayda ATACMS var idi və onlardan istifadəyə qadağamız olduğuna görə, onlar sərhədi keçənə qədər gözləməli olduq", - deyə Draqo bildirib.
Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR