Rusiyanın yeni ən gənc naziri

Rusiyanın yeni ən gənc naziri
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi inkişaf nazirliyinə rəhbərlik etməyi təklif edib.

Aktual.az xəbər verir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M.Oreşkin dövlət başçısının təklifini qəbul edib.

Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

O, 2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.
 
Aktual.az
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR