Rusiyanın qadağası: ermənilər çarəsiz duruma düşdü

Rusiyanın qadağası: ermənilər çarəsiz duruma düşdü
  • DÜNYA

Larsda ("Yuxarı Lars” keçid məntəqəsi – red.) yüzlərlə yük maşını Rusiya sərhədindən keçə bilmir. Meyvə-tərəvəz, balıq, gül və digər ərzaq məhsulları ilə yüklənmiş avtomobillər fitosanitar məntəqəsində ciddi yoxlanılır və geri qayıdır.
Aktual.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, qızılgül yüklənmiş 2 maşından biri artıq Rusiya sərhədindən qayıdıb, digəri isə yoldadır. Rusiyanın Sanitar Xidməti fitosanitar nəzarət məntəqəsində 65 min qızılgülü yoxlayıb və sanitar normalara cavab vermədiyini əsas gətirərək onların keçirilməsinə icazə verməyib .
"İlk dəfədir ki, bizdə belə hal baş verir, hansısa problemə görə mallar sərhəddən geri göndərilir. Çox qəribədir, çünki indiyə qədər heç nə olmayıb. Aydındır ki, burada siyasi problemlər var. Hər gün 20 minə yaxın qızılgül yığırıq. Təsəvvür edin: 15 gündür Rusiyaya gül göndərə bilmirik, məhsullarımızın 90 faizi Rusiyaya gedirdi”, - qızılgül yetişdirilən istixana rəhbəri bildirib.
Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yuxarı Larsda 2660-dan çox yük maşını dayanıb.
Larsdakı problemlə bağlı İqtisadiyyat Nazirliyi mətbuata bildirib ki, Ermənistan dövlət nömrə nişanlı 21 yük maşını geri qaytarılıb, 30-dan çox maşında olan məhsullardan nümunələr götürülüb.
Ermənistan Nazirlər Kabineti isə yeni bazar tapmaq lazım gəldiyi haqda məlumat yayıb.
Xəbər 149 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR