Rusiyanın İsraildəki səfiri xəstəxanaya yerləşdirilib

Rusiyanın İsraildəki səfiri xəstəxanaya yerləşdirilib
  • DÜNYA

Rusiyanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pertoviç Şein Təl-Əvivdəki   "İxilov” xəstəxanasına yerləşdirilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli "Ynet” məlumat yayıb.

Məlumata görə, hadisə səfirin Təl-Əvivdəki "Monterey” restoranındakı şam yeməyindən sonra baş verib. Xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilmiş səfirin səhhətinin sabit olduğu bildirilir.

Səfirin müavini Aleksey Drobin xəbəri təsdiqləyib. O qeyd edib ki, səfirin səhhəti indi yaxşıdır. 
 
Aktual.az 
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR