Rusiyalı iş adamı İngiltərənin futbol klubunu almaq istəyir

Rusiyalı iş adamı İngiltərənin futbol klubunu almaq istəyir
  • İDMAN

Rusiyalı iş adamı Alişer Usmanov İngiltərənin III liqasında çıxış edən "Çarlton” futbol klubunu ala bilər.

 

"Report” "Daily Mail”a istinadən xəbər verir ki, 65 yaşlı milyarder hazırda bu variantı gözdən keçirir. "Çarlton”un sahibi Rolan Düşatelenin klubu 20 milyon funt sterlinqə satmağa hazır olduğunu bildirib.

Məlumata görə, London təmsilçisinin 60 milyon funt sterlinq borcu var.

Qeyd edək ki, A.Usmanov ötən ay İngiltərənin "Arsenal” klubunun ona məxsus olan 30 faiz səhmlərini 600 milyon funt sterlinqə satıb.

 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR