Rusiyadan İrəvana sanksiya: Araikin cavabı gülüş doğurdu

Rusiyadan İrəvana sanksiya: Araikin cavabı gülüş doğurdu
  • DÜNYA

"Lars” keçid məntəqəsi təxminən bir həftədir ki, Ermənistanın kənd təsərrüfatı yükləri üçün bağlıdır, ona görə ki, Rusiya hakimiyyəti Paşinyan hakimiyyətinin antirusiya davranışına görə Ermənistana qarşı növbəti elan olunmamış sanksiya tətbiq edir.
Aktual.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məqalədə Ermənistan Baş naziri aparatının rəhbəri Araik Arutyunyanın problemi özünəməxsus şəkildə "həll etdiyi” xatırladılıb.
"İndi Ermənistanda və diasporda ermənilərin sırf erməni məhsullarını almaları son dərəcə vacibdir. Biznesə və vergi ödəyicisinə bu şəkildə dəstək vermək müstəqilliyi və suverenliyi gücləndirmək üçün həyati davranışdır. Ermənistan biznesi xaricdə yeni bazarlar tapsa, "Lars” keçid məntəqəsinin bağlanması bizə təsir etməyəcək. Yeni il və Milad süfrələrində sırf Ermənistan istehsalı olan tərəvəzlər, meyvələr, şərablar və digər kənd təsərrüfatı məhsulları olmalıdır” - ixtisasca şərqşünas, iqtisadiyyatı Nikol qədər başa düşən Araik Arutyunyan yazıb. Paşinyan bu cür xarici siyasət aparır”, - məqalədə bildirilib.
Vurğulanıb ki, sahibkarlar bu sözlərdən şoka düşüblər:
"Ermənistanın kənd təsərrüfatı məhsullarını Avropaya ixrac etmək demək olar ki, mümkün deyil. Ermənistanın meyvə-tərəvəzləri, kənd təsərrüfatı məhsulları Avropa standartlarına cavab vermir, hətta bizim ərzaq müfəttişliyi heç vaxt əməkdaşlıq etməyə, hansısa istiqamət verməyə cəhd etməyib, Ermənistanın kənd təsərrüfatı məhsulları Avropada kimə satılmalıdır? Yaxud deyirlər ki, ermənilər alsın. Ermənilər 2000 ton çiyələk, 20000 ton pomidor almalıdır?”
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR