Rusiyadan gələn yük maşınlarına ödəniş sistemi tətbiq oluna bilər

Rusiyadan gələn yük maşınlarına ödəniş sistemi tətbiq oluna bilər

Təkliflər Nazirlər Kabinetinə göndərilib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Rusiyadan ölkəmizə daxil olan maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri üçün yollara vurduğu ziyana görə ödəniş sistemini təklif edir.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, DANX-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib ki, məlum olduğu kimi, Rusiya tərəfi 2015-ci ilin noyabr ayından etibarən həm RF, həm də xarici ölkələrdə qeydiyyatda olan maksimum kütləsi 12 tondan yuxarı olan nəqliyyat vasitələrinə federal yollardan istifadə zamanı yollara dəyən ziyanı görə, hər kilometr üçün 3 rubl ödəniş tətbiq edib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya imzalanmış sazişə əsasən, iki ölkənin nəqliyyat vasitələri yollardan istifadə zamanı ödənişlərdən azad edilib, lakin “Sazişin 13-cü maddəsinə əsasən, bu saziş çərçivəsində avtonəqliyyat vasitələri sərnişin və yük daşımaları həyata keçirərkən yalnız pullu avtomobil yollarından, avtomagistrallardan, körpülərdən və tunellərdən istifadəyə görə yığım və ödənişlər istisna olunur.

Şəfa Mehmanqızı bildirib ki, DANX buna uyğun olaraq təkliflər hazırlayıb. Belə ki, sözügedən sazişin 13-cü maddəsinə əsasən, DANX Azərbaycan Respublikasının ərazisindən keçən “Şimal-Cənub” və “Qərb-Şərq” beynəlxalq nəqliyyat dəhlizdən istifadə edən maksimal kütləsi 12 tondan yuxarı olan RF qeydiyyatdan olan nəqliyyat vasitələrinə yollara dyən ziyana görə ödənişlərin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Və aidiyyəti qurumlar tərəfindən müvafiq qanun layihəsinin hazırlanması və təsdiq olunması üçün bu məsələ ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR