Rusiyada “Yemişan”dan ölənlərin sayı 60 nəfərə çatdı

Rusiyada “Yemişan”dan ölənlərin sayı 60 nəfərə çatdı
  • DÜNYA

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli surroqat vasitədən zəhərlənərək ölənlərin sayı 60-a çatdı.

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə bu gün TASS-a region üzrə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

"Hazırda spirt tərkibli surroqat vasitədən zəhərlənərək ölənlərin sayı 60-a çatıb. Yeni qurbanlar qeyri-tibb təşkilatlarında ölüblər, meyitlər məhkəmə ekspertizasına çatdırılıb”, - mətbuat xidmətindən bildiriblər. 

Ümumilikdə, spirt tərkibli surroqat vasitədən zəhərlənərək ölənlərin və zərərçəkənlərin sayı 105 nəfərdir. 40 nəfər stasionar müalicədədir. 

"Beş nəfərin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb”, - nazirlikdən qeyd ediblər. 

İrkutsk vilayətində fövqəladə vəziyyət elan edilib, spirt tərkibli içkilərin satışı qadağan edilib. Qadağa ticarət obyektlərində "Yemişan”ın və analoji məhsulların olmasının müəyyənləşdirən axtarışlar başa çatana qədər davam edəcək. 
 
Aktual.az
Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR