Rusiyada spirtdən ölənlərin sayı 78-ə çatdı

Rusiyada spirtdən ölənlərin sayı 78-ə çatdı
  • DÜNYA

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 78 nəfərə çatıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.
 
"Bayram günləri ərzində xəstəxanalarda metil spirtindən zəhərlənmədən 2 nəfər ölüb. Üç nəfərin müalicəsi davam etdirilir", - məlumatda bildirilir.
 
Dekabrın 30-da ümumilikdə konsentratdan 123 nəfər zəhərləndiyi, 76 nəfərin öldüyü bildirilirdi.
 
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 20 nəfər saxlanılıb.

Aktual.az 
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR