Rusiyada qiyam yatırılsa da, rusların beyinlərdə xaos davam edir, "bundan sonra nə olacaq” sualı aktuallaşıb.
Aktual.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
"Rusiyanın başının özünə qarışması Ermənistandakı radikal qüvvələrlə Qarabağdakı erməni separatçıları narahat etməyə başlayıb. Bu qüvvələr Priqojin-Putin qarşıdurmasına qədər də Kremlin Cənubi Qafqaza nəzarətinin zəifləməsindən narahat idilər. İndi isə durumun onların əleyhinə inkişaf edəcəyini proqnozlaşdırırlar. Haqlıdırlar, son hadisələr Rusiya ordusunun və Kremlin imicinə ciddi zərbə vurub. Rusiyanın zəifləməsini və Ukraynanın müharibədə qələbəsini arzulayanlar ümidlidirlər. Rusiya hərbi kontingentinin iki ildən sonra və ya tez Qarabağımızı tərk edəcəyinə inamımız güclənib. Bunun reallaşması üçün var gücümüzlə çalışmalıyıq”, - politoloq bildirib.
Xəbər 426 dəfə oxunub.