Rusiyada matəmdir

Rusiyada matəmdir
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə məxsus göyərtəsində 92 nəfərin olduğu "Tu-154" təyyarəsinin qəzaya uğraması ilə bağlı dekabrın 26-nı Rusiyada matəm elan edib.

Aktual.az lent.az-a istinadən xəbərinə görə, matəmlə əlaqədar bütün Rusiya ərazisində dövlət bayraqları yarıyadək endiriləcək, telekanallarda əyləncəli verilişlərin yayımı dayandırılacaq.

Təyyarənin qəzaya uğradığı Soçidə həlak olanların yaxınlarına psixoloji tibbi yardım göstərmək üçün operativ qərargah fəaliyyət göstərir. Cəsədlərin axtarışı davam edir. Qeyd edək ki, indiyədək həlak olanlardan 10 nəfərin cəsədi tapılıb. 
 

Aktual.az 

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR