Yakutiyada "İl-18" təyyarəsinin qəza enişi zamanı 17 nəfər ağır yaralanıb.
Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.
"Hadisə yerindən verilən hesabata görə, təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Təyyarə Kansk aeroportundan planlı uçuş həyata keçirirdi", - qurumdan bildirilib.
Bütün yaralılar Tiksi qəsəbəsinin tibb məntəqəsinə çatdırılıb.
***
Rusiyada təyyarə qəzası baş verib.
Aktual.az-ın report-a istinadən məlumatına görə, bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
Məlumata görə, hadisə Yakutiyada, Bulunsk rayonunda qeydə alınıb. Belə ki, göyərtəsində əsasən hərbçilərdən ibarət 32 sərnişinin və 7 ekipaj üzvünün olduğu, Kolsovo aeroportundan Yekaterinburqa uçan İl-18 təyyarəsi Tiksi qəsəbəsinin 27-ci kilometrliyində qəzaya uğrayıb.
Qəza nəticəsində cəmi 6 nəfər sağ qalıb. Hazırda xəsarət alanlar təxliyə edilir.
"RİA Novosti" isə qəza zamanı təyyarənin 3 hissəyə ayrıldığını, lakin yanmanın olmadığını xəbər verib.
***
Yakutiyanın Bulunski rayonunda baş verən təyyarə qəzasında 6 nəfərin sağ qaldığı bildirilir.
Trend TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 32 sərnişin və yeddi ekipaj üzvü olub. Təyyarədə hərbçilərin olduğu bildirilir.
Hazırda xəsarət alanlar evakuasiya edilir.
***
Rusiyanın Yakutiya şəhərində göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğrayıb.
Trend bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.
Aktual.az
Xəbər 315 dəfə oxunub.