Rusiyada ciddi işçi çatışmazlığı yarandı

Rusiyada ciddi işçi çatışmazlığı yarandı
  • DÜNYA

Rusiya şirkətlərinin 85%-də kadr çatışmazlığı var.
Aktual.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilib ki, il ərzində işəgötürənlər tərəfindən dərc edilən vakansiyaların sayı 57%-dən çox artıb, işçilər haqqında məlumatlar isə daha da azalıb. Nəticədə vakant yerlər üçün rəqabət 34% azalıb və kadrların işə qəbulu nəzərəçarpacaq dərəcədə çətinləşib.
Agentliyin məlumatına görə, fəhlələr, mühəndislər, yük maşını sürücüləri və ixtisaslı işçilər çatışmazlığı lap çoxdur. Bundan əlavə, sənaye müəssisələri də fəal şəkildə yeni işçilər axtarırlar.
"SuperJob” analitik mərkəzinin məlumatında isə qeyd olunub ki, Rusiyanın işçü qüvvəsi qocalmaqda davam edir:
"Son ildə işçilərin orta yaş həddi 2-3 il artıb. Məsələn, yük maşını sürücülərinin yaşı həddi 42-dən 44-ə, fəhlələrin yaş həddi isə 32-dən 35-ə qalxıb”.
Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR