Rusiya Dövlət Duması üçüncü oxunuşda ailədə dava zamanı zor tətbiqinə görə cinayət məsuliyyətinin ləğv edilməsinə dair qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 380 deputat, əleyhinə isə üç nəfər səs verib.
Oxu.Az Republic-a istinadən xəbər verir ki, birbaşa yayım Dumanın saytında yerləşdirilib.
Qanun layihəsi "yaxın adamların döyülməsini” inzibati xəta hesab edəcək, təkrar məsuliyyətə cəlb edilmə halında isə cəza tətbiq ediləcək.
Qanunu yanvarın 27-də RLDP və "Vahid Rusiya” fraksiyaları dəstəkləyiblər. RFKP fraksiyası isə qanunu dəstəkləməyəcəklərini söyləyiblər. "Ədalətli Rusiya” fraksiyasında qanunun qəbul edilməsinə tərəfdar olduqlarını söyləyiblər.
Aşağı palatanın spikeri Vyaçeslav Volodin döymə hadisəsini cinayət hesab edilməməsini "möhkəm ailələrin yaradılması şərti” adlandırıb. Kremldə ailə münaqişələrini zor tətbiq ilə eyniləşdirməməyə çağırıblar.
Aktual.az
Xəbər 486 dəfə oxunub.