Rusiya və fransalı həmsədrlər təcili regiona yola düşüblər

Rusiya və fransalı həmsədrlər təcili regiona yola düşüblər

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov və fransalı həmsədr Pyer Andryu ATƏT Daimi Şurasının Vyanadakı görüşünü gözləmədən bu gün regiona yola düşüblər.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, səfər müddətində onlar Bakı, İrəvan və Xankəndində olacaqlar.

Amerikalı həmsədr Ceyms Uorlik isə daha sonra onlara qatılacaq.

Həmsədrlər adından Daimi Şurada hesabatın amerikalı həmsədr Ceyms Uorlik tərəfindən veriləcəyi bildirilir.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan həmsədrlərin aprelin 9-da İrəvana səfər edəcəyini açıqlayıb.

Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR