Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı

Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı
  • DÜNYA

Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli danışıqları başlayıb.

Aktual.az  bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib.

Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi fonunda keçirilən danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR