Rusiya səfirini qətlə yetirən FETÖ-cüdür? - FOTO

Rusiya səfirini qətlə yetirən FETÖ-cüdür? - FOTO
  • DÜNYA

Ötən gün Ankarada rəsm sərgisinin açılışında iştirak edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürüldü.

Qeyd edək ki, diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır.
 
Məlumat üçün bildirək ki, Mövlud Mert səfirə atəş açdıqdan sonra: "Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək", "Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq", - kimi mesajlar verib.
 
Xatırladaq ki, Mövlud Mert hadisədən dərhal sonra zərərsizləşdirilib.
 
Aktual.az  modern.az-a istinadən xəbər verir ki, Türkiyənin hökumətə yaxın KİV-lərində səfirin qatili olan polis məmurunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu haqda məlumatlar yayılıb. Lakin bu iddia hələlik rəsmi təsdiqini tapmayıb.
 





Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR