Rusiya qoşunları gecə saatlarında Kiyevə raket zərbələri endirib.
Aktual.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb.
"Rusiya Tu-95MS strateji bombardmançı təyyarələri və X-101/555 qanadlı raketləriylə Xəzər regionundan zərbələr endirdi. Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hava hədəflərini məhv edib”, - məlumatda deyilib.
Xəbər 90 dəfə oxunub.