Rusiya ilk dəfə olaraq “Bradley”i ələ keçirdi

Rusiya ilk dəfə olaraq “Bradley”i ələ keçirdi
  • DÜNYA

Rusiya hərbçiləri ilk dəfə olaraq Avdeyevka istiqamətində Amerikanın "Bradley” döyüş maşınını ələ keçiriblər. Texnika zədələnmiş vəziyyətdə olub.
Aktual.az xəbər verir ki, bu barədə "Rıbar” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ələ keçirilən döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub:
"Rusiya hərbçiləri Ukraynanın əks-hücumları zamanı geniş istifadə olunan "Bradley” PDM-lərə dəfələrlə hücum ediblər. Bununla belə, demək olar ki, həmişə bu maşınlar "boz zona” adlanan ərazidə qalırdı. Buna görə rus ordusu yalnız fərdi komponentləri, məsələn, optik alətləri ələ keçirə bilirdi”.
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR