Rusiya FHN: Gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub

Rusiya FHN: Gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub

Qara dəniz sularında korpusu zədələnən "Berq" quru yük gəmisi Türkiyənin gəmi şirkətinə məxsusdur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi gəminin Azov dənizindən Türkiyəyə doğru hərəkət etdiyini bildirib.
O vurğulayıb ki, korpusun zədələnməsi və nəticədə içəri su sızmasına görə gəmi yardım üçün müraciət edib.
Onun sözlərinə görə, ekipaj 8 Ukrayna və 4 Azərbaycan vətəndaşından ibarət olub.
FHN rəsmisi gəmidən təxliyyə edilən ekipaj üzvlərinin tibbi yardıma ehtiyacı olmadığını və onların Feodosiyaya çatdırıldıqlarını söyləyib.
Quru yük hazırda dəniz akvatoriyasında lövbərin üzərindədir, onun taleyinə gəminin sahibləri qərar verəcəklər.
 
Aktual.az
Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR