Rusiya Federasiyasının rəhbərləri İlham Əliyevi təbrik etdilər

Rusiya Federasiyasının rəhbərləri İlham Əliyevi təbrik etdilər

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişlənməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin köməyinizlə energetika, sənaye, infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes birlikləri xətti üzrə intensiv dialoq aparılır.

Sizinlə çoxsaylı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Maraqlı və etimada əsaslanan ünsiyyətimizi davam etdirməyə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.

Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm".

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR