Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək
  • DÜNYA

"Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək".

Aktual.az  report-a istinadən bildirir ki, bunu Rusiyanın "Rostex" və "Rosoboroneksport" dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov "ArmHiTec-2016" sərgisində jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, İrəvanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.
Sərgidə Rusiya 16 şirkət ilə təmsil olunub. Onlar potensial müştərilərə müasir zirehli, raket-artilleriya silahları və texnikaları, "Uran" ailəsindən olan robototexniki komplekslər, hərbi aviasiya, atıcı silahlar və sursatlar nümayiş etdirəcəklər.

Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR