Rusiya Azərbaycana 2 tanker göndərəcək

Rusiya Azərbaycana 2 tanker göndərəcək

Rusiyanın “Krasnoe Sormovo” gəmiqayırma zavodu ilə Azərbaycanın “Caspian Marine Services Limited” şirkəti arasında “RST27” layihəsi əsasında iki tankerin hazırlanması və tədarükünə dair saziş imzalanıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə zavodun yaydığı məlumatda bildirilib.

Müqaviləyə əsasən, tankerlər sifarişçiyə 2016-2017-ci illərdə təqdim olunacaq.

Qeyd edək ki, “Krasnoe Soromova” zavodu Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən biridir.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR