Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın paytaxtı Astanada Suriya məsələsinin müzakirəsi üçün təşkil ediləcək görüşdən böyük gözləntilərin olduğunu deyib.
Cebhe.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Lavrov Moskvada təşkil edilən Şanxay Əməkdaşlıq Təşkilatının konfransında bu haqda danışıb.
Lavrov Astana görüşünün Suriyada sülhün bərqərar olunmasında mühüm mərhələ olacağı fikrindədir.
Nazir həmçinin ABŞ-la danışıqlara hazır olduqlarını da ifadə edib. Qeyd olunub ki, ABŞ-ın yeni prezidenti Tramp İŞİD-ə qarşı olduğunu bəyan edib. Bu səbəbdən Rusiya prezidenti Putin İŞİD mövzusunda ABŞ-la danışıqlara qərar verib.
Aktual.az
Xəbər 441 dəfə oxunub.