Rusiya ABŞ-a nota verdi

Rusiya ABŞ-a nota verdi
  • DÜNYA

Rəsmi Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılması ilə bağlı qarşı tərəfə nota təqdim edib.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu qərarı qəbuledilməzdir. 

"Bizim diplomatları qorxutmaq cəhdləri mövcuddur. Nəzərə almaq lazımdır ki, diplomatlarımız daxili siyasi şərait ilə yaxından tanış olmaq üçün Vyana konvensiyasının müddəalarına tam uyğun olaraq diplomatik funksiya yerinə yetirirlər".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti nota təqdim edərək rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyə edib.
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR