Araz çayında balıq ovlayan türkiyəli balıqçılar Türkiyə-Ermənistan sərhədində Armavir bölgəsində Rusiya sərhədçiləri tərəfindən tutulub.
Publika.az xəbər verir ki, Ermənistanda Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd təhlükəsizliyi idarəsi türk balıqçıların Araz çayında balıq ovladıqlarını və Ermənistan sərhədini qanunsuz keçdiklərini açıqlayıb.
Məlumata görə, ötən həftə də sərhədi qanunsuz keçən türk balıqçılar həbs olunmuşdu.
Aktual.az
Xəbər 2962 dəfə oxunub.