Rüfət Aslanlı: “Bankların kapital mövqeləri zəifləyib”

Rüfət Aslanlı: “Bankların kapital mövqeləri zəifləyib”

"Bankların likvidliyi və kapital mövqeləri zəifləyib, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar davam edir". 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclasında Şuranın sədri Rüfət Aslanlı bildirib.

Palatanın Direktorlar Şurasının sədr müavini Nigar Məmmədova bankların kredit portfelinin strukturu, keyfiyyəti və trendləri haqqında danışıb. Onun sözlərinə görə, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda gələcəkdə borclanan əhali problemlə rastlaşa bilər. N. Məmmədova bütün kredit təşkilatlarına əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməyi, əhali tərəfindən isə məsuliyyətli borclanmanın təmin edilməsi zərurətini diqqətə çatdırıb.

Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR