Roma papası çeçenləri və buryatları vəhşi adlandırdı, ruslar barədə susdu

Roma papası çeçenləri və buryatları vəhşi adlandırdı, ruslar barədə susdu
  • DÜNYA

Roma Katolik Kilsəsinin rəhbəri, papa I Fransisk Ukraynadakı müharibə ilə bağlı danışıb.
Aktual.az xəbər verir ki, o bununla bağlı fikirlərini "America” iezuit jurnalına verdiyi müsahibədə bölüşüb.
I Fransisk burada "müharibənin səbəbkarlarının adını birbaşa açıqlamaması” ilə bağlı ünvanına səslənən ittihamlara cavab verib.
Pontifik bir daha Ukrayna xalqını əzabkeş hesab etdiyini bildirib. "Əzab çəkən insanlar varsa, onlara işgəncə verən də var. Mən Ukrayna haqqında danışanda qəddarlıqdan danışıram, çünki Ukraynaya daxil olan [Rusiya] qoşunlarının qəddarlığı haqqında çoxlu məlumatım var", - deyə, papa bildirib.
Bundan əlavə, o, "rus ənənəsinə sadiq olmayan" buryatlar, çeçenlər və digərlərinin Rusiya ordusunda "ən vəhşi" olduqlarına inandığını söyləyib.
Papanın bu sözləri Rusiyada diqqətdən kənarda qalmayıb. Həm Buryatiyanın rəhbəri Aleksey Tsıdenov, həm də Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onun söylədiklrinə reaksiya verib. Tsıdenovun sözlərinə görə, onun üçün kilsə rəhbərindən konkret millətlərin qəddarlığı barədə eşitmək "qəribədir”.
"Tarix özünü sivil xalqların təmsilçisi hesab edənlərin şəhərləri, ölkələri, hətta xalqları məhv etməsinə dair çoxlu misallar bilir”, - deyə Buryatiya rəhbəri öz telegram kanalında yazıb.
Zaxarova isə Frensiskin sözlərini "təhrif" adlandırıb.(musavat)


Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR