Rezidenturaya qəbulun II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

Rezidenturaya qəbulun II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.
Bu barədə Aktual.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) "məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 15 iyul saat 23:59-dək tələb olunan məbləği "Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, DİM-ə daxil olan müraciətlər nəzərə alınaraq, son 5 il ərzində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin bu il ərizə qəbulunda iştirak etməmiş namizədlərin də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına (II mərhələ) qeydiyyatına şərait yaradılıb. Namizədlər https://eservices.dim.gov.az/erizerez/erizeelave02/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR