Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi baş verib.
Aktual.az bildirir ki, bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.
Məlumata görə, yanğın mərkəzin sığorta şöbəsinin tavanında baş verib. Yanğının tavanda kabellərdə qısaqapanma yaranması nəticəsində baş verməsi ehtimal edilir.
Yanğının mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qarşısı alınsa da, hazırda binada tüstülənmə olduğu bildirilir.
Yanğının səbəbləri araşdırılır.
Aktual.az
Xəbər 515 dəfə oxunub.