Rəqsanə əri haqqında görün nələr dedi...

Rəqsanə əri haqqında görün nələr dedi...

Müğənni Rəqsanə İsmayılova boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Aktual.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçinin həyat yoldaşının üzü görünməyən formada çəkilən şəkillərini İnstaqramdan silməsi iddia olunmuşdu. 

Rəqasanə boşanmadığını, əri ilə rəsmi nikahda yaşadığını bildirib:

"Hər şey yolundadır, heç bir şəkli silməmişəm. Mənim qeyri-rəsmi yox, rəsmi nikahım var. Həyatım çox gözəldir. Hazırda klip çəkilişindəyəm. Tezliklə hər şeyi təqdim edəcəyəm”.

Qeyd edək ki, R.İsmayılova Rusiyada yaşayan azərbaycanlı iş adamı ilə ailəlidir. İfaçının bundan əvvəlki evliliklərindən Aysun və Yağmur adlı iki qız övladı var.
 
Aktual.az
 

Xəbər 7245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR