“Reina” terrorunda daha bir ad - Maşaripov təlimatı ondan alıb

“Reina” terrorunda daha bir ad - Maşaripov təlimatı ondan alıb
  • DÜNYA

Yeni il gecəsi Türkiyənin "Reina” gecə klubunda törədilən terror aktı ilə yaxın əlaqəsi olan daha bir terrorçunun adı məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxs Abdülmalike Kade adlı İŞİD üzvüdür.
O, İŞİD üçün Türkiyə və Suriya arasında "kuryerlik” işi həyata keçirir. Əldə olunan məlumata görə, bir müddət öncə Abdülmalike Kade "Reina”da terror aktı törədən özbək əsilli terrorçu Əbdülqədir Maşaripovla Konyada bir yerdə qalıblar.
Onların bir-biri ilə telefon danışıqları da qeydə alınıb. Hətta, Əbdülqədir Maşaripova İŞİD-in "Reina”da terror aktı törətmək tapşırığını da məhz Abdülmalike Kade çatdırıb. İŞİD-in Türkiyədəki önəmli adamlarından olan Abdülmalike Kadenin hazırda Suriyada olduğu ehtimal edilir.
 
Aktual.az
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR