Reina terrorçusunun arvadı onun əsl adını demədi

Reina terrorçusunun arvadı onun əsl adını demədi
  • DÜNYA

Reina terrorçusunun arvadı onun əsl adını demədi - QƏTLİAMA GÖRƏ 27 NƏFƏR SAXLANILDI

Yeni il gecəsi İstanbulda Reina adlı klubda terror aktı törədərək 39 nəfərin ölümünə səbəb olan şəxsin ələ keçirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
 
Lent.az Türkiyənin "Hüriyyət” qəzetinə istinadən xəbər verir ki, qeyd olunan terror aktı ilə əlaqəsi olduğundan şübhələnilən şəxslərə qarşı İzmirdə əməliyyat keçirilib. 27 nəfərin saxlanıldığı bildirilir.
 
Xəbərdə bildirilir ki, İzmir polisi şəhərdə qırğız və uyğur türkü olan 3 ailənin 27 üzvünü saxlayıb. Həmin şəxslərin Reinada qətliam törədən şəxslə əlaqələrinin olub-olmadığı araşdırılır.
 
Əldə edilən məlumatlara görə, 2016-cı ilin noyabr ayında arvadı və iki uşağı ilə Konyaya gələn terrorçu burada xarici əsilli 3 ailəylə münasibət qurub. Terror aktından sonra həmin ailələrin yaşadığı ünvanlara basqın edilsə də, onların evləri boş olub. Daha sonra həmin şəxslərin İzmirə köçdüyü məlum olub və burada onlara qarşı əməliyyat keçirilib.
 
Onu da qeyd edək ki, bugünə qədər saxlanılan şəxslər arasında terrorçunun arvadı və iki uşağı da var.
 
Terrorçunun arvadı ərinin İŞİD-lə əlaqəsinin olduğunu bilmədiyini deyib. Türkiyəyə saxta pasportla girən terrorçunun əsl adının nə olduğunu arvadı da deməyib. Lakin bununla belə, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu terrorçunun şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb. 

Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR