"Reina" qatili Abdulkadir Maşaripov hücumla bağlı müəyyən faktları açıqlayıb
Ölkə.Az xəbər verir ki, terrorçu əmri Əbu Cihad adlı İŞİD komandirindən alıb. Maşaripov eyni zamanda hücum zamanı iməkləyərək qaçdığını bildirib.
Terrorçunun dindirilməsi davam edir. Terrorçu Pakistanın Bader şəhərində iki nəfərlə hərbi avtomobili partlatdıqdan sonra 2016-cı ilin əvvəllərində qanunsuz yollarla Türkiyəyə keçib.
2016-cı ildə ailəsi ilə İstanbula gəlib və 4 ay Zeytinburnunda qalıb. Sonra Kayaşehirə köçüb. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında Konyaya getmək barədə təlimat alıb. 1 ay sonra yenidən İstanbula qayıdıb.
Aktual.az
Xəbər 483 dəfə oxunub.