“Red Bull” “Formula-1”i tərk edə bilər

“Red Bull” “Formula-1”i tərk edə bilər
  • İDMAN

Avstriyanın "Red Bull” komandası "Formula-1”i tərk edə bilər.

"Report” xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko "Motorsport-Total”a bildirib. 
Onun sözlərinə görə, buna səbəb "Formula-1”in gələcəyinin qeyri-müəyyən olmasıdır.
H.Marko mühərriklərə reklament tətbiq olunmayana qədər "Red Bull” və "Honda”nın 2020-ci ilə qədər nəzərdə tutulan mövcud müqaviləni yenilməyəcəklərini deyib. O, komandanın çıxışını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirməsinin mümkünlüyünü vurğulayıb.
Qeyd edək ki, "Red Bull” 2005-ci ildən "Formula-1”də çıxış edir. Komanda 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub.
 
Aktual.az
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR