Ramil Usubov: “Ölkədə sabitlik etibarlı şəkildə qorunur”

Ramil Usubov: “Ölkədə sabitlik etibarlı şəkildə qorunur”

Dekabrın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov KİV-də öncədən verilmiş elana uyğun olaraq, Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 1300 iddiaçının arasından daha hazırlıqlı olan 280 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Namizədlərə müraciətlə çıxış edən R.Usubov deyib ki, artıq neçə illərdir Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlərdəndir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, möhkəm iradəsinin, hüquq-mühafizə orqanlarının birgə əlaqəli fəaliyyətinin nəticəsidir ki, bu gün ölkədə sabitlik, ictimai asayiş etibarlı şəkildə qorunur, eyni zamanda, daxili işlər orqanlarının inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilir. Polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran nazir Ramil Usubov namizədlərə gələcək xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR