QMİ-nin hazırladığı kitab məscidlərə paylanılır

QMİ-nin hazırladığı kitab məscidlərə paylanılır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı "Moizələr və xütbələr” adlı kitab məscidlərə paylanılır.

Aktual.az xəbər verir ki, bu barədə Report-a İdarənin Fitva və moizələr şöbəsinin müdiri Aqil Şirinov məlumat verib.
O bildirib ki, yeni nəşr bütün məscidləri əhatə edəcək: "Məscidlərdə imamların əvvəlki xütbə kitabından istifadə etməsi qadağan edilməyib. Yeni nəşrdən istifadə olunması məcburi deyil, tövsiyə xarakterlidir”.
A.Şirinov gələcəkdə daha bir xütbələr kitabının işlənəcəyini də bildirib: "Mövzu genişdir və gələcəkdə bu səpkili nəşrlər yenə olacaq. Budəfəki nəşrdə 52 mövzu əhatə olunubsa, hazırlanacaq yeni nəşrdə mövzular daha geniş şəkildə işlənəcək”.
 
Aktual.az
Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR