Qızıl alarkən diqqətli olun! - VİDEO

Qızıl alarkən diqqətli olun!   - VİDEO

Bəzən alınan qızılın sonradan hecdə həmin tərkibə malik olmadığı müəyyən edilir. Mütəxəssislər isə bunu almağın sadə yollarını izah ediblər.

Qızıl alan zaman insanlar daha çox 2 məsələdə aldadıla bilərlər. Əsas problem qızılın əyyarı ilə bağlı olur. Belə ki, saxta probla aşağı əyyarlı bir məhsulun yüksək əyyar adı ilə satılma halları baş verə bilər. Aktual.az  xezerxeber.com-a istinadən bildirir ki, belə məmulatlar daha çox sexlərdə hazırlanır və zavod məhsulu kimi alıcılara təqdim olunur.

Digər bir aldatma məqami isə qızılın tərkibinə qatılan əlavə qatqılarla bağlı olur. Belə ki, onun çəkisini artıq göstərmək məqsədi ilə ona başqa metallar daha çox mis qatırlar. Bu hallar çəkisi çox olan yəni nisbətən böyük bəzək əşyalarında daha çox rast gəlinir.

Ümumiyyətlə belə hallarla qarşılaşmamaq üçün xüsusi bir daşla yağlar varki, bunun vasitəsi ilə qızılın orıjinal olması müəyyən edilir. İstifadə olunan yağların qiyməti 12-15 manat, daşın qiyməti isə 10 manatadır. İstənilən şəxs bunları alıb qızılın saxta vəya orijinal olmasını rahatlıqla yoxlama bılər.

Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR