Qiymətli metallarla bağlı lisenziya ləğv edildi

Qiymətli metallarla bağlı lisenziya ləğv edildi

Azərbaycanda qiymətli metalların və qiymətli daşların istehsalı ilə bağlı lisenziya tələb olunmayacaq


Aktual.az-ın "Report"a istinadən xəbərinə görə, bu sahə Prezident İlham Əliyev dekabrın 21-də imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanda yer almayıb.
Belə ki, əvvəllər qiymətli metallar və qiymətli daşların istehsalı üçün (qiymətli metalların filizlərdən, konsentratlardan alınması) lisenziyanın alınmasına 5000 manat, emalı və istifadəsinə (qiymətli metallardan və qiymətli daşlardan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının hazırlanması və təmiri), bundan başqa, dövriyyəsinə (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması) lisenziya alınması üçün 500 manat dövlət rüsumu tələb edilirdisə, artıq bu, yeni qaydada əksini tapmayıb.

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR