QHT Agentliyinin dəstəklədiyi layihə Xocaəsən bələdiyyəsində icra olunub

QHT Agentliyinin dəstəklədiyi layihə Xocaəsən bələdiyyəsində icra olunub

"Bu gün rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi "Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsinin ikinci tədbiri də Binəqədi rayonunda fəaliyyət göstərən Xocaəsən qəsəbə bələdiyyəsində icra olunub"

Aktual.az xəbər verir ki, bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərimə görə Binəqədi rayonda keçirilən növbəti tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu:” Binəqədi rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biri kimi xarakterizə edərdim. Tədbir Xocaəsən bələdiyyəsinin inzibati binasında təşkil olunmiuşdu. Təxminən 50 nəfərlik heyətlə, səhv etmirəmsə, Binəqədi rayonun ərazilsində fəaliyyət göstərən yeganə Xocaəsən bələdiyyəsinin xanım sədri hörmətli Nigar Məmmədova və qəsəbənin icra nümayəndəsi hörmətli Ramiz Həsənzadə də iştrak edirdi. Həmçinin də tədbirdə bələdiyyənin rəhbərliyi, mühasibi, bələdiyyə quluqçuları, bələdiyyənin vergi yığanları, bələdiyyə üzvləri və qəsəbənin tanınmış ağsaqqaları, şəhid ailələri və ən altiv fəalları iştirak edirdi.  
 
Təbbi ki, təşkilatımız adından ilk olaraq Binəqədi rayonun icra başçısı hörmətli Elxan müəllimə  təşəkkürümü bildirmək istəyirəm! Həqiqətən obyektiv olaraq bildirəm istəyirəm ki, Elxan müəllim Binəqədi rayonunda çox yüksək səviyyəli işlər həyata keçirir. 19 000 ha. ərazisi və 30 mindən artıq əhalisi olan bir qəsəbənin , məhz bələdiyyə sədrinin xanım olması çox önəmli bir hadisədir. Müsbət mənada bizi təəccübləndirdi. Rayonda bütün sahələrdə müsbət dəyişiklikləri görürük.
Əlbəttə, bu, birbaşa hörmətli Elxan müəllimin, başçının müavini Sevinc xanımın və onun komandasının və o cümlədən YAP Binəqədi rayon təşkilatının hörmətıi sədri Vusal İsmayılovun birgə əməyinin nəticəsidir. Təsadüfü deyil ki, bizim təşkilatın bu ilki layihəsi məhz Binəqədi rayonunu əhatə edib. Layihəyə uyğun olaraq rayon ərazində fəaliyyət göstərən beş bələdiyyənin artıq ikisində görüş keçirilmişik. Bu günki görüşdə də layihənin fəlsəfəsinə uyğun olaraq bələdiyyənin büdcəsinin formalaşmasında olan problemlər, vətəndaşların vergi yığımında iştirakı, vergi işçilərinin bu sahədəki fəaliyyəti, qəsəbənin ümüimi vəziyyəti və problemləri geniş müzakirə olundu. Bələdiyyənin sədri Nigar xanım bələdiyyə büdcəsinin formalaşmasının çox vacib olduğunu və qəsəbədə ylğılan vergi hesabına görülən işlərdən danışdı. Görüşdə qəsəbədə yaşayan ağsaqqal, şəhid qardaşı Ağayar Məmmədov, qəsəbənin aktiv fəalları Cəmalə Mehtiyeva, Anar Nağıyev və digər şəxslər qəsəbənin xanım bələdiyyə sədrinin fəaliyyətini və o cümlədən də icra nümayəndəsi Ramiz müəllimin birgə fəaliyyətini yüksək qiymətləndirdilər. Qəsəbənin mövcud problemlərindən də danışdılar. Həmçinin də çıxış edənlərin böyük əksəriyyəti qəsəbədə olan çıxarışsız evlərin hələ də qanuni sənədinin ala bilməməsini qeyd etsilər. Bələdiyyə sədri dedi ki,  bu gün bələdiyyələr üçün çıxıarışsız evlərin mövcudluğu vergi yığımına da təsir edir. Bilirsiniz ki, qanuna görə çıxarışı olmayan evlərdən bələdiyyələr vergi yığa bilməz. Hal-hazırda da Bakı və Abşeron ərazisində 500 mindən artıq qanunsuz evlər mövcuddur.”
 
QHT sədri N.Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb:

"Azərbaycanda yerli özüniidarə etmənin 34 illik tarixi var. Xocaəsən qəsəbə bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək".

























Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR