Qəzəbin 3 mənfi nəticəsi, bizə yardım edən 6 əməl

Qəzəbin 3 mənfi nəticəsi, bizə yardım edən 6 əməl
  • TABLO2

Qəzəb hədislərimizdə atəşə bənzədilmişdir. Çünki əgər yüyəni boş buraxılarsa, insanın səadət köklərini yandırar və insanın dünya və axirətini bada verər.


Aktual.az deyerler.org-a istinadən bildirir ki hər bir nəfsani qüvvə əgər ağıl tərəfindən kontrol edilməzsə, insanı süquta tərəf sürükləyər. Bu cür nəfsani qüvvələrdən biri də qəzəb qüvvəsidir. Bu qüvvə əslində insanın həyatına ziyan vuran hadisələr qarşısında müdafiə qüvvəsidir. İnsan gərək qəzəb qüvvəsini tanısın və hadisələrin hansının düz və hansının yanlış olduğunu bilsin ki, bu qüvvədən yanlış yerlərdə istifadə etməsin. 


İmam Əli (ə) buyurur: "Qəzəbdən çəkinin ki, o, yandırıcı atəşdir". Aqil insan hər bir şeyə qəzəblənməz. Əgər qəzəblənərsə də, onu yatızdırmağı bacarar. İmam Əli (ə) başqa yerdə buyurur: "Gec qəzəblənən ol, qəzəbini tez yatızdır və üzr istəməyə meylli ol".


Bəli, hədislərimizin də buyurduğu kimi qəzəb yandırıcı atəşdir. Hər kim onu azad buraxar bu atəşdə yanan ilk kəs olar. Qəzəbin pis nəticələrinə nəzərə salaq:

1. Ağlı qaraldar. İmam Əli (ə) buyurur: "Qəzəb ağılları məhv edər və insanı düz yoldan uzaqlaşdırar".

2. Viranedicilik. Qəzəbli insanı yüyəni boş buraxılmış və ağzından od püskürən, zəncirdən açılmış vəhşi heyvana bənzətsək, səhv etmərik. İmam Əli (ə) buyurur: "Şiddətli qəzəb məntiqi dəyişdirər, dərkin və başadüşmənin aradan getməsinə səbəb olar".

3. Peşmançılıq. Qəzəb şöləsi yatmağa başlayan kimi insanın ağlı işə düşməyə başlayar. İnsan etdiklərinə görə təfəkkür edər. Qəzəblənən zaman etdiklərini ölçüb-biçər. Hər bir baş verən hadisəni zehnindən keçirdər. Əgər kiməsə ziyan vurubsa və ya nalayiq sözləri ilə kiminsə qəlbini sındırıbsa, peşman olar. Özünü danlayar, ancaq bu peşmançılıq fayda verməz. Qətllərin bir çoxu məhz insan qəzəblənən zaman baş verir və özünə gələn zaman da peşman olur. İmam Əli (ə) buyurur: "Qəzəbdən uzaq ol ki, başlanğıcı dəlilik və sonu peşmançılıqdır".

Bəs qəzəblənən zaman nə edək?


Din alimlərinin bizə qəzəbimizi yatızdırmaqla bağlı 6 tövsiyə vardır ki, ona işarə edək:


1. Şeytanın vəsvəsəsindən Allaha pənah aparmaq. Yəni, deyəsən: "أَعُوذُ بِاللَّهِ مِنَ الشَّیْطانِ الرَّجیمِ" ("Əuzu billəhi minəş-şeytanir-racim"). Həzrət Peyğəmbər (s) qəzəblənən insanlara bu sözü deyərdi.


2. Soyuq su ilə dəstəmaz və ya qüsl almaq. Peyğəmbərimiz (s) buyurur: "Sizlərdən birinizi nə zaman qəzəb bürüsə, soyuq su ilə dəstəmaz alsın, çünki qəzəb - atəşdəndir".


3. Sükut etmək. İmam Əli (ə) buyurur: "Qəzəbi sükutla müalicə edin".


4. Vəziyyətini dəyişdirmək. Əgər əyləşibsə ayağa qalxsın, əgər ayaq üstüdədirsə əyləşsin. İmam Baqir (ə) buyurur: "Hər kim ayaq üstə olan zaman qəzəblənsə, tez əyləşsin. Bu işlə şeytanın vəsvəsəsi aradan gedər. Əgər əyləşibsə, tez ayağa qalxsın".


5. Qəzəbi yatızıdırmağın necə bəyənilən bir əməl olduğuna diqqət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, qəzəbini saxlayar, Allah Öz əzabını ondan saxlayar".


6. Allahın böyük əzabını yada salmaq. Hər kim qəzəblənər, Allahın əzabına düçar olar. Onun əfvinə ehtiyac duyar. İmam Sadiq (ə) buyurur: "Tövratda yazılmışdır: "Ey Adəm övladı! Məni qəzəblənən zaman yada sal ki, sənə qəzəblənən zaman Özümün yadına salım"".

Xəbər 897 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR