Qəzaya düşən maşın belə yandı

Qəzaya düşən maşın belə yandı

Bir neçə saat öncə Saatlı rayonunda avtomobil yanaraq külə dönüb.
 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Saatlı rayonundan Sabirabad rayonu istiqamətində hərəkət edən avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Qəza Saatlı rayonun Mustafabəyli kəndi ərazisində baş verib. Yolun kənarında kolluğa düşən “VAZ – 21011” markalı avtomobildə yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi xəbərə görə, maşın tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə cəlb edilən FHN əməkdaşları tərəfindən yanğın sömndürülüb.
 
Hadisə yerindən video və fotolar Sahib Rüstəmliyə aiddir.
Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR