Qənirə Paşayevadan ermənilərə sərt cavab: "Danışmaq haqqınız yoxdur!"

Qənirə Paşayevadan ermənilərə sərt cavab:

Millət vəkili Q.Paşayeva AŞPA-da Azərbaycan əleyhinə çıxış edən Ermənistan heyətinə sərt cavab verib: Xocalı Soyqırımını törədən işğalçı dövlətinizin burada danışmaq haqqı yoxdur.


AŞPA-da “Belçikada baş verən terror hadisələri”nin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü N.Karapetyan bütün çıxışını ön cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan əlehinə yalan, böhtan dolu ittuhamlara həsr edib, Assabmleyaya yanlış məlumatlar verib. Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Q. Paşayeva Ermənistan münayəndə heyətinin terrorla mübarizə kimi həssas bir mövzuda da mövzudan danışmadan bütün çıxışı Azərbaycan əlehinə qərəzli məlumatlara həsr etməsini qınayıb, buna kəsin etirazımı bildirirəm deyib və Assambleya üzvlərinə həqiqtələri çatdırıb və Ermənistan heyətinə sərt cavablar verib:” N.Karapetyan, İŞİD kimi sivilləri öldürmək sizin söylədiyiniz kimi mənim ölkəm Azərbaycana deyil, sizin ölkəniz Ermənistana məxsus addımdır. Mənim ölkəm heç bir dövlətin torpağını işğal etməyib. Amma sizin ölkəniz Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyon azərbaycanlını qaçqın və köçkün salıb və 20 ildən artıqdır onların öz evlərinə dönməsinə imkan vermir. Sizin ölkəniz Ermənistan 20 mindən çox azərbayanlını qətlə yetirib. Onların arasında mənin qohumlarımdan, dostlarımdan insanlar da vardı. Sizin işğalçı ölkəniz Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirərək bir gecədə əhalinin böyük bir hissəsini qətlə yetirdi. Hamısı mülkü insanlar idi. Yer üzündən Xocalı adlı bir şəhəri sildiniz. İndi gördünüzmü İŞİD kimi cinayətlər törədən hansı ölkədir. Sizin ölkəniz Ermənistandır. Ölkəniz azərbaycanlılara qarşı terrorlar həyata keçirəndə nədən etiraz etmirdiniz, səsinizi çıxarmırdınız, indi burada terrorizmə qarşı mübarizədən danışırsınız. Dəyərli Assabmleya üzvüləri N. Karapetyan Ermənistanın cinayətlərini, ölkəsinin hərbi qüvvələrinin törətdiyi cinayətlərə etiraz etməkdənsə burada Azərbaycan əlehinə yalanlarla çıxış etməsini qınayıram. Assambleyamız Ermənistanın cinayətlərinə səssiz qalmamalıdır. Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq səslənirəm. Avropa, AŞPA terrorla mübarizədə 2-li standartlara yol verməməlidir. Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrım etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə etməlidir amma Azərbaycan xalqına qarşı terror hadisələri törədilən zaman Avropa və təşkilat təssüf edirik ki, yetərli qədər sərt münasibət ortaya qoymadı. Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyamızdakı müzakirələri dəstəkləyirəm. Amma dəyərli dostlar biz getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə bilirsinizmi nə zaman daha effektiv mübarizə apara bilərik? Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa bundan imtina etməlidir”.
Millət vəkili Q.Paşayeva assambleyaya birbaşa Ermənistan dövlətinin dəstəyi ilə azərbaycanlılara qarşı törədilən terror hadisələrindən danışıb və həmin zaman Avropanın Azərbaycana terrora qarşı mübarizədə lazımi dəstək verməməsindən də şikayətlənib:”Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərək Azərbaycanda metroları, dəmiryol qatarlarını, avtobusları partladırdılar. 100-lərlə insan, uşaqlar terrorun qurbanı oldu. Çoxlu sayda analar, körpələr gözüyaşlı qaldı. Amma o zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq, Avropalı dostlarımızdan bu qanlı terror qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilməmişdik. Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. 2 gün öncə Türkiyənin baş naziri A Davutoğlunun buradakı çıxışını tamamilə dəstəkləyirəm. Terror təşkilatları arasında fərq qoyulmamalıdır. Hamısına qarşı 2-li standartlara yol vermədən bütün üzv ölkələr birlikdə sərt mübarizə aparmalıdır. Avropanın gələcəyi üçün bu cür yanaşma ortaya qoyulmalıdır. Başqa cür terrorla effektiv mübarizə mümkün deyil”.

Xəbər 1266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR