Qənirə Paşayeva Türk dünyasını erməni yalanları ilə güclü mübarizəyə çağırdı

Qənirə Paşayeva Türk dünyasını erməni yalanları ilə güclü mübarizəyə çağırdı

Millət vəkili Q.Paşayeva Adıyamanda Qarabağla bağlı konfrans verib və Türk dünyasını erməni yalanları ilə daha güclü mübarizəyə çağırıb.

Millət vəkili Q.Paşayeva Adıyaman Türk Ocaqlarının dəvəti ilə bu vilayətdə yüzlərlə insanın iştirak etdiyi Qarabağla bağlı konfrans verib, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi təxribatlar, insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təşkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər. Millət vəkili Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə də çağırıb. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb və əsl həqiqətləri geniş yaymalı, Azərbaycan və Türkiyə əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q. Paşayeva bütün Türk dünyasını qondarma erməni soyqırımı yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb, Almaniya Bundestaqında qondarma erməni soyqırımı idddialarının gündəmə gəlməsi hamımızı ciddi narahat etməlidir deyib. “Türk milləti heç bir zaman tarixində bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq. Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib. Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər. Ona görə də biz dünyanın hər yerində daha da fəal olaraq yalanların qəbul edilməməsi, həqiqətlərin daha geniş yayılması üçün mübarizə aparmalıyıq. Biz hamımız birlikdə bu hallara qarşı mübarizəmizi daha da gücləndirməliyik”. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Konfransın sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Cahan Holdqinqin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib və tədbir iştirakçılarının və jurnalistlərin suallarını cavablandırıb.

Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR